Vitraj
Vitraj — vitrium, yəni, "şüşə" sözündən yaranmışdır. Şəffaf materialdan hazırlanmış ornamentli və ya süjetli kompozisiyadır. Pəncərə və qapı şəbəkələrinin bəzədilməsində, habelə interyerlərin tərtibatında vitrajdan istifadə olunur.
Özünün dönüş nöqtəsini qotik üslub dövründə qazanmışdır. Bu dövrlərdə kilisələrdə vitraj çox inkişaf etmişdi. Hətta o qədər ki, bu karkaslı kilisələrdə divarları əvəz edirdi. Avropada yarandığından əsasən Xristianlığın müqəddəsləri- İsa peyğəmbər, Məryəm ana, sonradan yaxşı işlərlə məşğul olan hökmdarlar(onların da bəziləri dini tövhələrinə görə müqəddəs idi) və başqaları vitrajlarda təsvir olunurdu.
Şəkildə alman kilsələrindən birindəki vitrajı görürsünüz.