top of page

İrqlər


Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqalrına əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə və üç əsas irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyə olunur.

İrqləşmə, yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər həlledici rol oynayır. Etnoqrafiya irqləri deyil, elə insan qruplarını öyrənir ki, onların fiziki xüsusiyyətləri irqlərin tarixi əlaqələri nəticəsində dəyişikliyə məruz qalmış və yeniləşmişdir. Antropoloji ədəbiyyatda bu cür insan qruplarını antropoloji tip adlandırırlar.


Tanıtılan Yazılar
Son Paylaşımlar
Arşiv
Etiketlere Göre Ara
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon

    Dahi Uşaqlar™

Bizimlə ol!Dahi ol!

     12/06/2012

bottom of page