Afroamerikalılar
Afroamerikalılar — zənci irqinə tam və ya qismən aid olan ABŞ vətəndaşları. İfadə ingilis dilinə rəsmi dairələrdə zənci sözünün işlədiləməsinin (isp.Negro) qeyri-korrekt olması barəsində fikir möhkəmləndikdən sonra daxil olub. Həmçinin neytral söz olan "qaralar" (Black people) ifadəsi də geniş yayılıb.
Afroamerikan ya da Qara Amerikalı, mənşəyi Afrikadakı hər hansı bir zənci əhaliyə söykənən Amerika Birləşmiş Ştatları vətəndaşları ya da sakinləridir. Termin, Birləşmiş Ştatlarda soyu ümumiyyətlə (heç olmasa qismi olaraq) Səhraaltı Afrikaya söykənən Amerikalılar üçün istifadə edilir. Afroamerikanların çoxu Şimali Amerikaya gətirilmiş qaradərili qulların nəslindəndir. Lakin bəziləri, Afrikalı, Karibli, Orta Amerikalı ya da Cənub Amerikalı xalqlardan könüllü olaraq köç etmişlər ya da kğkləri bu bölgələrə söykənir. Afroamerikanlar Amerika Birləşmiş Dövlətlərindəki etnik azlıqların ən böyük hissəsini meydana gətirir.