top of page

URAN

Uran planeti bizim Yerə nisbətən Günəşdən 19 dəfə uzaqdır.Uran teleskopun köməyi ilə kəşf olunmuş ilk planetdir.Uranın diametrinin Yerin diametrindən dörd dəfə böyük olmasına baxmayaraq, o, hətta ən güclü teleskopda belə balaca yaşıl-mavi disk kimi görünür.

Bizim planetdən fərqli olaraq Uran əsasən qazlardan ibarətdir.O, su ilə örtülmüş və qazlarla(helium,hidrogen və metan) əhatəolunmuş bərk daş nüvəyə malikdir.Məhz metan Uranın atmosferini yaşımtıl-mavi rəngə boyayır.

Uran sürətlə fırlanır, buna görə də planetdə günün uzunluğu 17 Yer saatına bərabərdir.Amma əvəzində planet Günəşin ətrafında tam dövrünü 84 yer ilinə başa vurur.Uran Günəş sistemində "uzanaraq"-yəni öz orbitinə qarşı düz düz bucaq altında fırlanan yeganə planetdir.Nəticədə Uranda ilin fəsilləri çox qeyri-adi şəkildə dəyişir.Onun qütbləri planetin ən soyuq və isti nöqtələridir.Əvvəlcə Cənub qütbündə 42 il yay olur və Günəş batmır, Şimal qütbündə isə eyni zamanda 42 il qış olur. Bu period 42 ildən sonra yerini dəyişir.

Uranın səthinin necə görünməsi haqqında 1986-cı ilə kimi -"Voyacer-2" kosmik zondu planetin yanından keçərək onun şəklini çəkənə kimi, heç kim heç nə bilmirdi.

Yerə ötürülmüş şəkillər göstərdilər ki, Uranın atmosferində buludlar var və sürəti saatda 300 km olan küləklər əsir.Planet tünd daş parçalarından ibarət 11 halqa ilə əhatə olunmuşdur.Bundan başqa, planetin 21 peyki var və onlardan birində- Mirandada-26 km hündürlüyündə olan dağlar aşkar olunmuşdür.


Tanıtılan Yazılar
Son Paylaşımlar
Arşiv
Etiketlere Göre Ara
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon

    Dahi Uşaqlar™

Bizimlə ol!Dahi ol!

     12/06/2012

bottom of page