MORMONÇULUQ
Mormonçuluq amerikalı Cozef Smit tərəfindən 1830-cu ildə əsası qoyulmuş dindir.Bu təlimin adı "Mormonun kitabı"ndan götürülmüşdür.Mormonçular bu kitabı qədim amerika xalqlarının qədim tarixi hesab edirlər.Mormonçuluq Nyu-Yorkda yaranmışdı, amma mormonçuları onların dini əqidələrinə görə təqib edir və yaşadıqları yerdən qovurdular.Sonra onlar Yuta ştatının Böyük Duzlu gölünün ətrafındakı düzənliklərdə məskən saldılar.