ATLANTİDA ƏFSANƏSİ
Bəlkə də, yer üzərində ən çox araşdırılan,maraqlanılan ərazilərdən biri təxminən 12000 il bundan əvvəl su altında qaldığı düşünülən Atlantida qitəsidir.Bu sirli qitə haqqında bizə məlumat Pluton və Herodotun əsərlərindən gəlib çatmışdır.
Herodotun fikrinə görə tanrılar Yerin quru səthini öz aralarında paymaşmışdılar(yunan mifologiyasına əsəslanır).Dəniz tanrısı Poseydonun payına indiki Cəbəllütariq boğazı ətrafında, Afrika və Asiyanın ərazilərinin cəmindən böyük bir ərazi olan Atlantida düşürdü.Deyilənə görə ada-dövlətdə bir dağ var idi ki, torpağın oğlu sayılan Emelon, onun həyat yoldaşı Lusipi və olduqca gözəl olan qızları Kleyto burada yaşayırmış.Kleyto valideynləri dünyadan köçdükdən bir müddət sonra Poseydonu əri olaraq qəbul etdi və 5 cüt ekiz uşaq sahibi oldu.Poseydon 10 uşağı arasında Atlantidanın məhsuldar torpaqlarını böldü.Uşaqların ən böyüyü olan Atlantı başçı etmiş və onun şərəfinə adanı Atlantida adlandırmışdır.Heraklın 12 qoçaqlığı əsərində də Atlantın adı çəkilmiş,
onun göylə yeri aralı tutmaq qadirində olduğu deyilmişdir və onun nəsli minillərlə illər ərzində bu adanı idarə etmişdir.Atlantidanın yerləşdiyi okean da Atlantın adına idi.
Atlantidanın təbii sərvətlərinin həddi hüdudu yox idi,
buna görə bir çox lazımlı əşya rahatlıqla əldə edilirdi.Orada limanlar və yol qovşaxlarında ticari mərkəzlər inşa edilirdi.
Ada-dövlətdə əsas qanun heç vaxt mübahisə etməmək idi.Lakin Atlantidalılar çox paxıl liderləri ilə seçilirdi.Günlərin bir günü onlar dünyanı fəth etmək istədilər. Bunu başa düşən Zevs adalıları cəzalandırdı-onları və vətənlərini sonsuzadək orada qalmaq şərti ilə dərin Atlantik okeanının ucsuz-bucaqsız sularına qərq etdi...