Mərkəzi avropada yerləşən monarxiya-dövlət.Rəsmi dili alman dilinin aleman ləhcəsidir.Əhalinin 92%-i katolik, 8%-i isə protestant xristianıdır. Lixtenşteynlilərin əcdadları qədim retlər və german tayfaları olan alemanlar olublar. Son illər isə əhali əsasən mühacirlər – avstriyalılar və alman əsilli isveçrəlilərin hesabına formalaşır.
Lixtenşteyn dövləti 23 yanvar 1719-cu ildə meydana gəlmişdir. 1918-ci ilə qədər Avstriya-Macarıstanla sıx əlaqədə olmuş və onun Forarlberq əyaləti ilə ümumi gömrük dairəsi təşkil etmişdir. 1921-ci ildə müstəqil dövlət elan olunaraq, İsveçrənin siyasi protektoratı* altına keçmişdir. 31 dekabr 2012-ci il tarixinə olan məlumatlara görə əhalisi 36 838 nəfərdir və il başlayandan 363 nəfər artmışdır.2000-ci ilin siyahıyaalmasına əsasən əhalisinin 65,6% lixtenşteynlilərdir (almanlardır). Yerdə qalan əhali əsasən italyanlar, isveçrəlilər və avstriyalılardan ibarətdir.

*İsveçrənin siyası protektoratı- İsveçrə bu ölkəyə siyasi arenada müttəfiqdir və onu qoruyur.