Andorra Avropada dənizə çıxışı olmayan, Piriney yarımadasının şərqində, Fransa ilə İspaniya arasında yerləşən cırtdan ölkə. Rəsmi adı Andorra Knyazlığıdır. Ölkə Fransa Respublikasının Prezidenti və Urxelski yepiskopu tərəfindən birgə idarə olunur.
Adı bask dilində "andurial" sözündəndir, mənası "Boş yer" deməkdir.
Andorranın adı tarixi mənbələrdə ilk dəfə 778-ci ildə xatırlanılır. 790-cı ildə Frank imperatoru Böyük Karl tərəfindən Andorranın müstəqilliyinə təminat verilmişdir. 805-ci ildə Andorra knyazlığının əsası qoyulmuşdur.1278-ci ildə Andorra biri İspaniyada o biri Fransada olan iki şahzadənin ortaq şəkildə rəhbərliyinə bağlanmış və ölkənin sərhədləri dəqiqləşmişdir. Xatırlanan ildən bəri ölkənin sərhədləri heç dəyişməmişdir. Qurulan feodal nizam, Fransız İnqilabı əsnasında müvəqqəti qalxmaqla birlikdə, 1806-cı ildə Napolyon tərəfindən yenidən quruldu. Andorra, o gündən bu yana Urgel yepiskopu və Fransa dövlət başçısı tərəfindən ortaq şəkildə idarə olunur; bunların hər ikisinə də hər il simvolik bir vergi ödənir.
Gözəl sözlərə görə çox sağ olun. Əlbəttə, ölkələr bitənə kimi bu məqalələrdən yazmağı fikirləşirəm. Bizlə belə maraqlandığınıza görə təşəkkürlər. Syatımıza üzv ola da bilərsiniz.
Salam. Mənim adım Aylin Dadaşovadır. Siz İsmayılzadə Ayla kimi mən də Coğrafiya ilə maraqlanıram. Belə məqalələrin davamını gözləyirəm. Həm də vikipediyadan daha sadə dildədir. Buna sevinirəm.