Avropa ölkəsidir və Avropa İttifaqının, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATOnun) üzvüdür.Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Makedoniya Respublikası, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.
Əfsanəyə görə, Allah dünyadakı torpaqları xalqlar arasında bölüşdürən vaxt bolqarlardan savayı bütün xalqlar "auksionda" iştirak ediblər. Bolqarlar isə bu vaxt torpaqda "eşələnirmişlər", – axşamacan zəmilərdə toxum səpirmişlər. Allah onların bu zəhmətkeşliyini görüb onlara cənnəti – indi Bolqarıstan adlanan ərazini hədiyyə edib.
Bolqarıstan etnik baxımdan çox zəngindir. Burada bolqarlar, türklər, qaraçılar, ruslar, ermənilər, arumınlər, makedoniyalılar, qaraqaçanlar, yunanlar, ukraynalılar, yəhudilər, rumınlər, Krım tatarları, qaqauzlar və b. xalqlar yaşayır.