top of page

Dahi Uşaqlar


Stəkanda fındıq əzməli keks
Ərzaqlar
- 
1 çay stəkanı şəkər
 - 
1 ədəd yumurta
 - 
1 yemək qaşığı fındıq əzməsi
 - 
1 çay stəkanı süd
 - 
1/2 su stəkanı un
 - 
1 yemək qaşığı kakao
 - 
1 paket qabartma tozu
 - 
1 paket vanil
 - 
Üzəri üçün;
 - 
1 paket tünd və ya südlü şokolad
 - 
Döyülmüş fındıq
 

Hazırlanması:
- 
qarışdırma qabına yumurta və şəkəri qoyub qarışdırırıq.
 - 
Daha sonra süd, fındıq əzməsi və kakaounu əlavə edib təkrar qarışdırdıqdan sonra un, qabartma tozu və vanili əlavə edirik.
 - 
Keks xəmirini yağladığımız stəkanların yarısına qədər bərabər miqdarda paylaşdırırıq.
 - 
Bir qazana yarısına qədər su töküb stəkanları içinə qoyuruq.
 - 
Qazanda su qaynayana qədər 20-25 dəqiqə saxlayırıq.
 - 
Daha sonra stəkanları sudan götürüb soyuduruq.
 - 
Üzərini əridilmiş şokolad və döyülmüş fındıqla bəzəyirik.
 
bottom of page