
Dahi Uşaqlar


Azərbaycan və Avropa:
multikulturalizm,tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri
Mən Abedi Zəhra (Dahi Uşaqların yaradıcısı) 18 noyabr tarixində "Azərbaycan və Avropa:multikulturalizm,tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri" mövzusunda məruzə hazırladım.Bakı Slovyan Universiteti mənim məruzəmi qəbul edərək məni konfransa çağırdı.Beləliklə mən Bakı Slovyan Universitetində yer tutdum(çıxışıma görə) və sertifikat qazandım!

Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisi kimi
1. Multikulturalizm nədir? Multikulturalizm - çoxmədəniyyətlilik məfhumunun sinonimidir. Multikulturalizm sözü tərcümədə "çoxmədəniyyətlilik" mənasını verir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə, etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. İlk növbədə bu dəyərlərin təcəssümü olan şəfqət, mərhəmət, acıma, dözümlülük kimi hisslər haqda danışmaq olar. İctimai və siyasi model olaraq multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti əks edir. Bu müxtəlifliklərlə bağlı dövlətin üzləşdiyi problemlərin həll edilməsinin mümkün siyasət modellərindən biri məhz multikulturalizmdir.
Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir Azərbaycan müstəqilliyinin ilk dövründə Prezident Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi.Ulu öndər Heydər Əliyev "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir"; "Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır" kimi bəyanat xarakterli sözləri ilə, əslində, multikulturalizmin siyasi bazasının konturlarını cızırdı.Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən, etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi "dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik" olmalarını təmin etməli idi
Prezident İlham Əliyev prinsipi: "Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir". Qərb ölkələrinin bədbin bir şəkildə multikulturalizm siyasətindən üz çevirdiyi bir dövrdə Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyər vermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas kəsb edir. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: "Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib".Azərbaycan multikulturalizminin qaynaqlarının öyrənilməsi, əslində, Prezident İlham Əliyevin irəli sürdüyü bu ideyanı təsdiqləyir. Mənəviyyat və siyasət tariximizə səpələnmiş multikultural, tolerant dəyərlər və onların təsviri bu gün bir sistem kimi öyrənilir və müəyyən olunur ki, Azərbaycan xalqı, onun görkəmli ədəbi, ictimai, siyasi şəxsiyyətləri dünya mənəviyyat xəzinəsinə zaman-zaman qiymətli töhfələr vermişlər. Bu baxımdan multikulturalizmin qaynaqlarını araşdıran zaman bu töhfələr real şəkildə üzə çıxır
Multikulturalizm bu gün bizə nə verir?Bu suala cavabları aşağıdakı kimi quruplaşdırmaq olar:1. Multikultural təhlükəsizliyimizi sistemli şəkildə qurmağımızı;2. İlkin müxtəlifliyin dövlət tərəfindən qorunması zərurətini;3. Müxtəlifliklərin həmahəngliyinə nail olmaq istiqamətində yığılan təcrübəni eyniliklərin münasibətinə daxil edilməsini;4. Əldə edilən nəticələrin sosial-siyasi sabitliyə müsbət təsirini.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili ölkəmizdə multikulturalizm ili elan etmisdir .Bir nece gün bundan qabaq isə Azərbaycan Prezidenti İlham Əliyev ölkədə multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etmisdir ..Bizdə gənc bir nesil kimi multikulturualizmi daim inkişaf etdirməli və bu ənənənin köklərinin qirilmaması üçün elimizdən gələni etməliyik