Ayla İsmayılzadə
11 Eyl 2017
Maraqlı faktlar
Estoniya Şimali Avropanın Baltik regionunda yerləşən dövlətdir. Paytaxtı Tallin şəhəridir. Bu dövlət yalnız Latviya və Rusiya ilə həmsərhəddir. Estoniyanın ərazisi 45226 kvadrat kilometr, əhalisi isə 1.34 milyon nəfərdir. Eston xalqı Fin qrupuna daxildir. Rəsimi dilləri eston dilidir, bu dil fin dilinə çox yaxındır.
Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkədir, BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan İnkişafı İndeksinə malik olduğu üçün inkiıaf etmiş ölkələr qrupuna daxil edib.
mənbə: https://az.wikipedia.org/wiki/Estoniya
Beğen