1992-ci ili fevral ayının 26-da Azerbaycan vətəndaşları öz yeni tarixində ən faciəli, dəhşətli günlərinden birini - Xocalı faciəsini qeyd edirlər. 1992-ci il fevralın 25-den 26-na keçən gecə erməni separatistləri rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştiraki ilə Qarabağın Azərbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etdilər. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu.
613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.
487 nəfər yaralandı.
8 ailə bütövlükdə məhv edildi.
25 azyaşlı uşaq hər iki valideynini itirdi.
130 uşaq valideynlərindən birini itirdi.
59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.
1000 nəfərdən çox şəhər sakini əlil olub.
1275 nəfər əsir və girov götürüldü.
Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum deyil...
Azerbaycan Milli Məclisi(Parlamenti)hər il fevral ayının 26-nı "Xocalı soyqırımı günü"elan etmişdir.Hər il fevral ayının 26-da saat 17.00 da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş ve Aazərbaycanın 48 rayonuna səpələmiş Xocalı sakinləri Dağlıq Qarabag münaqişəsinin ədalətli həlli,Ermənistanin Azərbaycana qarşı təcavüzünün dəf edilməsi,Ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Xocalı soyqırımının günahkarları,təşkilatçiları və icraçıları layiqli cəzalarına catmalıdırlar.Cinayət cəzasız qala bilməz.Xocalı faciəsi bəşər övladına qarşı törədilmiş genosid ve etnik təmizləmə hadisələri içərisində ən dəhşətlilərdən olmuşdur.Hal-hazırda,bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər,ancaq vaxt gələcəkdir ki,onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.