Kanadanın başqa şəhərlərində eşidilən vahiməli uğultular artıq neçə illərdir sakinlərin rahatlığını pozub. Teres şəhərinin sakinləri qeyri-adi səslərə alışdıqlarını desələr də, hər kəsin buna adi yanaşdığını düşünmək sadəlövhlük olardı. Qulaqbatırıcı uğultu hər gün səhər saat 7:30-da Teres sakinlərini yuxudan oyadır. Tereslilərin sözlərinə görə, uğultu bəzən elə güclü olur ki, səsdən pəncərələrin şüşələri silkələnir. Bəzi ekspertlər bunu Yerin maqnit sahəsinin dəyişməsi ilə əsaslandırsalar da, həmin versiyaların həqiqətəuyğun olması sübuta yetirilmədiyindən alimlər bu günə kimi Kanada uğultuları üzərində baş sındırırlar.
top of page
![](https://static.wixstatic.com/media/b9af3e_9630bd487bb948039ada6fe3954a00e2~mv2.jpg/v1/fill/w_1920,h_1080,al_c,q_90,enc_avif,quality_auto/b9af3e_9630bd487bb948039ada6fe3954a00e2~mv2.jpg)
bottom of page