bayrağı:
![](https://static.wixstatic.com/media/bd1747_c936e02985014b4f87f87373981afdd3~mv2.png/v1/fill/w_125,h_91,al_c,q_85,enc_auto/bd1747_c936e02985014b4f87f87373981afdd3~mv2.png)
Gerbi:
![](https://static.wixstatic.com/media/bd1747_191ebac19b3c465c96e5b69779aaacfa~mv2.png/v1/fill/w_100,h_124,al_c,q_85,enc_auto/bd1747_191ebac19b3c465c96e5b69779aaacfa~mv2.png)
Asiya, Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, şərqində İordaniya, cənubunda
isir və Qırmızı dəniz yerləşir.
İsrailin paytaxtı Knessetin (İsrail Məclisi) qərarına görə Qütsdür. Lakin BMT bu qərarı tanımır. İsraildəki böyük səfirliklərin çoxu maliyyə mərkəzi olan Tel-Əviv şəhərində yerləşir. İsrail əhalisinin çoxu yəhudi olan yeganə dövlətdir.
Tövrata görə Yakub peyğəmbər ailəsi ilə birlikdə köç edərkən Tanrının insan şəklində göndərdiyi mələk ilə qarşılaşır. Ailəsini çayın o biri tərəfinə keçirdikdən sonra Yakub peyğəmbər mələk ilə səhər açılana qədər güləşir. Səhərin açıldığını və Yakub peyğəmbəri məğlub edə bilməyəciyini görən mələk ondan onu buraxmasını xahiş edir. Yakub peyğəmbər isə onu müqəddəsləşdirmək şərtiylə buraxacağını bildirir. Beləliklə mələk onu "Tanrı ilə döyüşən" mənasını verən İsrail adı ilə müqəddəsləşdirir. Buna görə Yakubun soyundan gələnlər İsrailoğulları adı ilə xatırlanır.