Danimarka (dan. Danmark) — vropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir.Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir.
Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir. Paytaxt Kopenhagen Zellandiya və Amağer adalarında yerləşir. Bu adalar ölkənin nisbətən böyük adalarıdır(Qrenlandiya istisna olmaqla). Bu ada rəsmi olaraq Danimarkanın mülküdür. Ölkə ərazisi düzənliklərdən ibarətdir. Yalnız Bornholm adaları qayalı relyefə malikdir. Düzənlik relyefin səbəbi qədim Buz dövrüdür. Ən yüksək nöqtəsi Eyer Bavnxoy (173 m) yüksəkliyidir. Ölkə 17 amtoma (vilayət) bölünmüşdür. Kopenhagen və Frederiskberq müstəqil inzibati ərazi vahidləridir. Ərazisindən 158 km uzunluğu olan Qudeno çayı keçir.
Danimarkanın əhalisini 5.415.978 nəfər təşkil edir. Əhalinin 96%-ni danimarkalılar, 2%-ni almanlar, farerlər, isveçlər, qalanlarını isə Qrenlandiyada yaşayan eksimoslar təşkil edir. Əhalinin 97%-i protestanlığın lüteran qrupuna daxildir.
X əsrdə Vahid Danimarka Krallığı yaradılır. 1397-ci ildə Kalmar uniyası bağlanır. 1538-ci ildə Lüteranlıq əsas din kimi möhkəmlənir. 1849-cu ildə Danimarka konstitusiyalı monarxiya elan olunur. 1940-cı ildə İkinci Dünya Müharibəsinin gedişində Faşist Almaniyası tərəfindən işğal olunur. 1945-ci ildə işğaldan azad edilir.